Sahibə Qafarova Serbiya Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Serbiya Respublikası Milli Assambleyasının sədri Anna Brnabiç ilə görüşüb.
Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sahibə Qafarova ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Parlamentin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə həyata keçirdiyi təşəbbüslərdən, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətindən danışıb.
Arzu Paşaqızı