Tərtərdə 5 kq narkotik: Satıcı həbs olundu

Tərtərdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlyas Əmirov saxlanılıb.

turaninsesi.az “-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə , həmin şəxsdən 4 kiloqram tiryək və 1 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, 

İlyas Əmirov barəsində həbs qətimkan tədbiri seçilib. 

Arzu Paşaqızı