Beyləqanda Mühafizə Şöbəsi 2 iyul Azərbaycan Polisi Gününü qeyd etdi 

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin yerli strukturu olan Beyləqan rayonlararası Mühafizə Şöbəsinin rəisi polis polkovnik leytenantı Araz Cavadovun rəhbərliyi ilə xidmətin şəxsi heyəti   əlamətdar günü  ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra Vətən uğrunda və xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş polis və mühafizə əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Beyləqan Mühafizə Şöbəsi polis orqanlarının tərkib hissəsi olaraq rayonda, Dövlət əhəmiyyətli və xüsusi obyektlərin  o cümlədən rayon ərazisində ictimai asayişin qorunmasında polis şöbəsinin digər xidmətlərinə yaxından köməklik göstərilməsində böyük rolu var.


Yeni təyin olunmuş Mühafizə Şöbəsinin rəisi Araz Cavadov xidməti vəzifəsini layiqincə icra edir, onun rəhbərliyi altında xidmət edən heyət rayon ərazisində təhlükəsizliyinin təminatını qüsursuz həyata keçirirlər.

Arzu Paşaqızı