DİN-in mətbuat xidmətinin məlumatı

Dekabrın 16-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 89 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
– Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.


Oğurluq

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini T.Ş-nın cüzdanından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini Elsevər Dərgahov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.


Oğurluq

Metropolitendə Polis Şöbəsinə dekabrın 14-də metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini Seymur Süleymanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Quldurluq

Dekabrın 15-də Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində Abşeron rayon sakini S.Quliyevin mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İltimaz Quliyev saxlanılıb.
Araşdırma aparılır.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 6 il əvvəl törədilən cinayətin üstü açılıb.
2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus “Toyota” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Rəvan Süleymanov, əvvəllər məhkum olunmuşlar Orxan Novruzov və Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir