Kenan Doğulu, Beren Saat və daha 20 məşhur saxlanıldı – SİYAHI
Türkiyədə məşhur şəxslərin narkotikdən istifadəsinə qarşı keçirilən əməliyyat çərçivəsində daha 22 nəfər saxlanılıb.
“turaninsesi.az ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında müğənni Kenan Doğulu, onun həyat yoldaşı, aktrisa Beren Saat, müğənni Berdan Mardini, sosial media fəlları Kerimcan Durmaz və aktyor Enis Arıkan kimi tanınmış şəxslər də var.
Əməliyyat çərçivəsində bir çox ünvanda axtarış aparılıb.
Saxlanılanların tam siyahısı:
1. Ayşe Hatun Önal – müğənni
2. Tolga Çam – modelyer
3. Ferhan Kaya – birja mütəxəssisi (borsaçı)
4. Murat Saygı – rejissor
5. Enis Ahmet Onat – Fashion TV-nin sahibi
6. Ahmet Karoğlu – Beko Ocakbaşı restoranının sahibi
7. Emre Tari – iş adamı
8. Hasan Vatan – Vatan Bilgisayar şirkətinin sahibi
9. Kerimcan Durmaz – müğənni
10. Kenan Doğulu – müğənni
11. Beren Saat – aktrisa
12. Mehmet Cem Karcı – rejissor
13. Berdan Mardini – müğənni
14. Reyhan Küçükyeğen
15. Ozan Doğulu – aranjor və DJ
16. Yaşar İpek – müğənni
17. Mehmet Yıldız – modellik agentliyinin sahibi
18. Tessy Ramos Correira – model
19. Enis Arıkan – aktyor
20. Rafet Eren Yorulmazer – memar (Bursa)
21. Ali Efe Bezci – iş adamı (Ankara)
22. Selin Ciğerci – sosial media fenomeni və müğənni (İzmir)
Qeyd edək ki, İstanbulun Bakırköy Respublika Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində daha əvvəl 25 nəfər barəsində saxlanılma qərarı verilib. İstanbul İl Jandarma Komandanlığına şübhəlilərin saxlanılması, yaşayış yerlərində axtarış aparılması və bioloji ekspertizadan keçirilməsi tapşırılıb. Saxlanılma qərarı verilənlər arasında Serenay Sarıkaya, Berkay Şahin, Tan Taşçı, Yağmur Ünal, Mirgün Sırrı Cabas, Hakan Aydın (Blok 3), Mabel Matiz, Feyza Civelek, Niran Ünsal, Volkan Bahçekapalı və Onur Tuna kimi bir çox tanınmış şəxs var.
Arzu Paşaqızı