Aİ səfirləri Rusiyaya qarşı 9-cu sanksiyalar paketini razılaşdırıblar


Avropa İttifaqına (Aİ) üzv 27 dövlətin səfirləri Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Sənəd cümə günü yazılı prosedurla, yəni əlavə müzakirələr aparılmadan təsdiqlənəcək.

Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın sədrlik etdiyi Aİ Şurası tviter səhifəsində məlumat yayıb.

“Səfirlər Aİ-nin Ukraynaya davam edən dəstəyinin bir hissəsi olaraq Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Bu, Çexiyanın Aİ Şurasına sədrliyi çərçivəsində razılaşdırılmış üçüncü sanksiyalar paketidir (2022-ci il iyulun 1-dən etibarən -red). O, həm də ümumilikdə doqquzuncudur. Sənəd, sabah yazılı qaydada təsdiqlənəcək”, – məlumatda deyilir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir