Bu şəxslər 65 yaşdan sonra da işləyə biləcəklər

“Müəllimin 65 yaşı var, amma sertifikasiya imtahanında yüksək nəticə toplayıb. Təbii ki, həmin şəxsləri avtomatik olaraq sistemdə saxlayacağam. 700 manatlıq bacarığı olmayan şəxs direktor olmaq istəməz”.

Turanın səsi ”  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

Nazir bildirib ki, özəl sektorda çalışan müəllimlərin sertifikasiya imtahanlarına cəlbi hələ nəzərdə tutulmur:

“Ali məktəblərdə çalışan professor və peşəkar təhsil işçisini nəzəri olaraq sertifikasiya etmək mümkün deyil. Universitetlərdə keyfiyyətə nəzarəti yeni qəbul olunmuş akkreditasiya meyarları ilə təmin etmək mümkün olacaq”.

E.Əmrullayev əlavə edib ki, sistemdə olan hər bir müəllimin diplomu görülüb:

“Kiməsə bu gün saxta diplom vermək mümkün deyil. Bunu ancaq fotoşopla etmək mümkün ola bilər. Çünki bu gün hər şey elektronlaşdırılıb”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir