İsrail İranın ən böyük neft-kimya komplekslərindən birinə zərbə endirdiyini təsdiqlədi

İsrailin Müdafiə Ordusu İranın raketlər üçün materiallar istehsal edən ən böyük neft-kimya müəssisəsinə zərbə endirildiyini təsdiqləyib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə “The Times of Israel” ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Əsəluyədəki obyektdə partlayıcı maddələrin və ballistik raketlər üçün yanacağın, eləcə də əlavə silahların hazırlanmasında istifadə olunan materiallar üçün mərkəzi istehsal infrastrukturu yaradılmışdı”, – bəyanatda bildirilib.

Ordunun məlumatına görə, bu obyekt İranın raket sənayesi üçün ən vacib komponentlərin istehsalı üzrə mühüm mərkəz kimi xidmət edir.

“İsrail Müdafiə Ordusu İranın iki ən böyük neft-kimya kompleksinə zərbələr endirərək ölkənin neft-kimya ixrac gücünün 85 %-dən çoxunu sıradan çıxarıb”, – İsrail hərbçiləri bildirib.

Ötən həftəsonu İsrail İranın cənubundakı daha bir böyük neft-kimya obyektinə zərbə endirib.