İsrail Tehranın üç hava limanını vurdu: Onlarla hədəf…
İsrail İranın paytaxtı Tehranın üç hava limanına – Bəhram, Mehrabad və Azmayeşə zərbələr endirib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Məlumata görə, zərbələr kəşfiyyat məlumatları əsasında endirilib və məqsəd İran Hərbi Hava Qüvvələrinin aviasiyasının zəiflədilməsi olub:
“Zərbələr nəticəsində təyyarə və helikopterlər də daxil olmaqla, onlarla hava hədəfi, həmçinin hərbi infrastruktur vurulub”.
Arzu Paşaqızı