Tramp İranla müharibəni davam etdirmək istədiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp İran neftinə nəzarət etmək üçün İranla müharibənin davam etdirilməsində maraqlı olduğunu bildirib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Tramp Ağ Evdəki Pasxa tədbirində bildirib.

“Əgər bu məndən asılı olsaydı, mən müharibəni davam etdirərdim. Nefti götürərdim, onu özümə saxlayardım və biz çoxlu pul qazanardıq”, – o deyib.

Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ cəmiyyəti müharibənin başa çatmasının tərəfdarıdır və o, bunu nəzərə almaq niyyətindədir. Onun sözlərinə görə, o, xalqı xoşbəxt etmək istəyir.

Arzu Paşaqızı