İran Gürcüstana xəbərdarlıq etdi
İranın Gürcüstandakı səfiri Seyid Əli Mucani ABŞ prezidenti Donald Trampla bağlı xəbərdarlıq edib.
“turaninsesi.az ” xəbər verir ki, səfir X sosial şəbəkəsində paylaşdığı mesajda Gürcüstana üstüörtülü xəbərdarlıq edib.
“Öz hava məkanını və ərazisini xarici müdaxilələr üçün açanlara bu, baha başa gələcək”, – o bildirib ki,
Paylaşımda konkret olaraq hansı hadisənin nəzərdə tutulduğu açıqlanmasa da, bəyanatın regionda artan gərginlik fonunda Gürcüstana xəbərdarlıq olaraq verildiyi ehtimal olunur
Arzu Paşaqızı