ABŞ-nin vəzifəli şəxslərindən İNANILMAZ AÇIQLAMA – İsraillə bağlı ŞOK İDDİALAR
ABŞ-da sabiq yüksək vəzifəli şəxslərin İsrail və İran arasındakı gərginliklə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.
“turaninsesi.az ” xəbər verir ki, ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş direktoru Co Kent “X” hesabında paylaşım edib.
O, bildirib ki, İsrailin atdığı addımlar münaqişənin uzanmasına xidmət edir. Onun sözlərinə görə, danışıqlar aparan şəxslərin hədəfə alınması müharibənin sona çatmasını çətinləşdirir və gələcəkdə daha radikal liderlərin ortaya çıxmasına zəmin yaradır.
Digər tərəfdən, ABŞ Konqresinin Nümayəndələr Palatasının Corciya ştatının 14-cü seçki dairəsindən sabiq üzvü Marjori Teylor Qrin də məsələ ilə bağlı mövqeyini ortaya qoyub.
O qeyd edib ki, ABŞ-da bir çox seçilmiş siyasətçi İsrailin təsiri altındadır və bu səbəbdən onun fəaliyyətlərini məhdudlaşdırmaq istiqamətində addımlar atmır.
Səsləndirilən bu fikirlər beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.
Arzu Paşaqızı