Avstriya ABŞ-nin İrana qarşı əməliyyatları üçün hava məkanını bağladı

ABŞ-nin İrana qarşı nəzərdə tutulan əməliyyatları zamanı Avstriyanın hava məkanından istifadəsinə qadağa qoyulub.

turaninsesi.az ” xəbər verir ki, bu məlumatı Avstriya Müdafiə Nazirliyinə istinad edərək yerli “Kurier” qəzeti dərc edib.

“Avstriya ABŞ-yə İrana qarşı həyata keçiriləcək hərbi addımlar üçün öz hava məkanını açmaqdan imtina edib. Buna əsas kimi isə ölkənin neytrallıq haqqında qanunu irəli sürülüb”, – deyə bildirişdə qeyd olunur.

Məlumata əsasən, Vaşinqton tərəfindən Vyanaya eyni vaxtda bir neçə rəsmi müraciət ünvanlansa da, onların hamısına mənfi cavab verilib.

Arzu Paşaqızı