Pezeşkian region ölkələrinə səsləndi: Təhlükəsizlik axtarırsınızsa…
“Dəfələrlə bəyan etmişik ki, İran qabaqlayıcı hücumlar həyata keçirmir, lakin infrastrukturumuza və ya iqtisadi mərkəzlərimizə hücum edilərsə, düşmənə sərt cavab verəcəyik”.
“turaninsesi.az ” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Region ölkələrinə deyirəm ki, əgər inkişaf və təhlükəsizlik axtarırsınızsa, düşmənlərə ərazinizdə yerləşib müharibəni idarə etməyə imkan verməyin”, – Pezeşkian qeyd edib.
Arzu Paşaqızı