İranın mühüm obyektləri vuruldu – Zərbələr davam edir!
İrana qarşı hərbi əməliyyatlarda İsrail 3000-dən çox hədəfi vurub.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail Ordusu İrana qarşı həyata keçirilən “Roaring Lion” əməliyyatı çərçivəsində zərbələrin davam etdiyini açıqlayıb.
Məlumata görə, əməliyyatın başlanmasından bu günə qədər İran ərazisində 3 mindən çox hədəf vurulub.
Bildirilir ki, İsrail ordusu İranın hərbi sistemlərini və imkanlarını zəiflətməyə yönəlmiş fəaliyyətlərini davam etdirir.
IDF qeyd edib ki, ötən gün (bazar ertəsi) İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə kəşfiyyat məlumatları əsasında Tehranın mərkəzində yerləşən infrastruktur obyektlərinə genişmiqyaslı zərbələr endirib.
Zərbələr zamanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qurumlarına məxsus iki komanda mərkəzi, eləcə də İranın Kəşfiyyat Nazirliyinin bir komanda mərkəzi hədəfə alınıb.
Eyni zamanda, silah anbarları və hava hücumundan müdafiə sistemləri də vurulub. Bunun İsrail Hərbi Hava Qüvvələrinin İran səmasında üstünlüyünü artırmaq məqsədi daşıdığı bildirilib.
Bundan əlavə, gecə saatlarında 50-dən çox hədəfə, o cümlədən ballistik raket anbarları və buraxılış meydançalarına zərbələr endirildiyi qeyd olunub.
Arzu Paşaqızı