Onlara ismarış çatdıran 3 ölkə var
Türkiyə, Misir və Pakistan son 2 gündə ABŞ və İran arasında mesajlar ötürən ölkələrdir.
“turaninsesi.az ” Axios-a istinadla xəbər verir ki, 3 ölkənin yüksək vəzifəli rəsmiləri Ağ Evin nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca danışıqlar aparıblar.
“Vasitəçilik davam edir və irəliləyir. Müzakirələr müharibənin bitməsinə və qalan bütün həll olunmamış məsələlərin həllinə yönəlib. Ümid edirik ki, tezliklə cavablar alacağıq”, – mənbə bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da bu vasitəşiliyin mövcudluğunu təsdiqləyib. Lakin Tehranda bu məlumat təkzib olunub.
Arzu Paşaqızı