İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ləğv edildi – FƏRMAN
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılıb.
“turaninsesi.az ” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.