Trampdan SON DƏQİQƏ açıqlaması – Dünyanı ŞOKA SALDI

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını nəzərdən keçirdiklərini açıqlayıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə o, Ağ Evdə açıqlamalar verib. 

O bildirib ki, ABŞ digər ölkələrə yardım edir, lakin eyni münasibəti görmədikdə bu məsələyə yenidən baxmaq zərurəti yaranır:

“Biz digər ölkələrə kömək edirik. Onlar bizə kömək etmədikdə bunun üzərində düşünməliyik”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri qeyd edib ki, bu qərarın qəbulu üçün Konqresin razılığına ehtiyac yoxdur və belə bir addımı təkbaşına ata biləcəyini bildirib.