Lavrov ABŞ və İrana: Rusiya vasitəçi olmağa hazırdır

Rusiya İranla bağlı vəziyyətin həllində vasitəçi kimi çıxış etməyə hazırdır.

turaninsesi.az ” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bir daha vurğulayıram ki, biz digər eyni düşüncəli ölkələrlə birlikdə hərbi əməliyyatların dərhal dayandırılmasını və siyasi həll yolunun axtarılmasını müdafiə edir və müdafiə etməyə davam edəcəyik. Prezident Vladimir Putinin dəfələrlə qeyd etdiyi kimi, belə bir rola ehtiyac olarsa, bu siyasi prosesdə vasitəçi rol oynamağa hazırıq. İnanırıq ki, belə imkanlarımız var”.

Lavrov qeyd edib ki, ilk növbədə, hərbi əməliyyatları dayandırmalı və danışıqlar masası təşkil edilməlidir.

Arzu Paşaqızı