İsrail Xameneinin təyyarəsini vurdu – SENSASİON HADİSƏ
İsrail ordusu Tehranda həyata keçirilən gecə əməliyyatı ilə bağlı məlumat yayıb.
“turaninsesi.az ” xəbər verir ki, qurumun açıqlamasına görə, əməliyyat zamanı paytaxtdakı Mehrabad Beynəlxalq Hava Limanı ərazisində yerləşən bir təyyarə hədəfə alınaraq məhv edilib.
Həmin təyyarədən İranın Ali Rəhbəri Müctəba Xamenei və digər yüksək vəzifəli şəxslərin uçuşları üçün istifadə olunduğu iddia edilir. İsrail tərəfi təyyarənin müxtəlif daxili və xarici uçuşlar vasitəsilə əlaqələrin və müəyyən fəaliyyətlərin təşkilində istifadə edildiyini bildirib.
İsrail ordusunun açıqlamasında bu zərbənin İran rəhbərliyinin regional tərəfdaşlarla əlaqə imkanlarına və logistika fəaliyyətinə təsir göstərdiyi vurğulanıb.
Qeyd edək ki, İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Arzu Paşaqızı