Dubay aeraportu dron hücumuna məruz qaldı
Dubay Beynəlxalq Hava Limanı kamikadze dronları hücumuna məruz qalıb.
“turaninsesi.az ” Reuters-ə istinadla xəbər erir ki, hadisə nəticəsində aeraport ərazisindəki yanacaq çənində yanğın olub və uçuşlar müvəqqəti dayandırılıb.
Daha sonra uçuşlar tədricən bərpa olunmağa başlayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bəzi reyslər alternativ əl-Məqtum hava limanına yönləndirilib.
Bu hadisə Dubay hava limanı ətrafında qeydə alınan üçüncü insidentdir.
Arzu Paşaqızı