Çin İranın yeni Ali Rəhbəri ilə bağlı tələbini açıqladı
Çin İranın yeni Ali Rəhbəri Müctəba Xamenei ilə bağlı tələbini açıqlayıb.
“turaninsesi.az ” xarici mətbuata istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyaku rəsmi Pekinin Müctəba Xameneinin seçkisinin Konstitusiyaya uyğun saydığını bildirib.
O deyib ki, Ali Rəhbərin seçkisi tamamilə İranın daxili işidir və ölkənin Konstitusiyasına uyğun şəkildə həyata keçirilib.
“Çin hər hansı bəhanə ilə digər ölkələrin daxili işlərinə müdaxilənin əleyhinə çıxış edir. İranın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü qorunmalıdır”, – XİN rəsmisi söyləyib.
Eyni zamanda Çin bütün tərəflərdən hərbi əməliyyatları dərhal dayandırmağı və danışıqlara qayıtmağı tələb edib.
Çinin Yaxın Şərq üzrə nümayəndəsi Çay Cun Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl Səudla görüşərək, bölgədəki vəziyyətdən dərin narahatlıq keçirdiklərini və mülki şəxslərə və obyektlərə edilən hücumların qınanmalı olduğunu bildirib.
Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində öldürülüb.
İslam Respublikasının Ekspertlər Şurası ötən gecə Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Rəhbəri seçib.
Arzu Paşaqızı