Nazirlər Kabineti İranla bağlı məlumat yaydı – QƏRAR DƏYİŞDİ

Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa olunub.

Bu barədə “turaninsesi.az ”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qərar martın 9-u saat 10:00-dan etibarən qüvvəyə minib.

İrandan Azərbaycan və Azərbaycan ərazisindən İrana tranzit məqsədilə giriş-çıxışa da icazə verilib.

Qeyd edək ki, martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

Bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılmışdı.

Arzu Paşaqızı