KİV: Hörmüz boğazında minə yaxın gəmi yığılıb

Hörmüz boğazında hərəkətin məhdudlaşdırılmısı ilə əlaqədar Fars körfəzində 1 000-ə yaxın gəmi yığılıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Lloyd`s Market Association (LMA) assosiasiyasının rəhbəri Şeyla Kamerona istinadən xəbər verib.

O bildirib ki, həmin gəmilərin demək olar ki, yarısı yanacaqdaşıyan tankerlərdir.

Onun sözlərinə görə, bu gəmilərin ümumi sığorta dəyəri 25 milyard dolları keçir.

“Martın 1-dən etibarən, azı 40 gəmi Hörmüz boğazından keçib”, – deyə Kameron əlavə edib.

Arzu Paşaqızı