Dubayda güclü partlayış səsi eşidildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində güclü partlayış səsi eşidilib.

turaninsesi.az ” xəbər verir ki, Dubay və Əbu-Dabiyə istiqamətlənən təyyarələr marşrutlarını dəyişərək geri dönüb.

Qeyd olunub ki, Əbu-Dabidə uçuşa hazırlaşan sərnişinlər təyyarələrdən endiriliblər. Şahidlər hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildiriblər.

İranın “Tasnim” agentliyi isə Küveyt və İraqdakı ABŞ hərbi bazalarında da partlayışların baş verdiyini yazıb. Bildirilib ki, güclü partlayış səsləri Küveytdəki ABŞ bazasından, İraqın Ərbil şəhərində yerləşən ABŞ bazasından, həmçinin Əbu-Dabidəki obyektlərdən eşidilib.

Hadisə ilə bağlı əlavə təfərrüat açıqlanmayıb

Arzu Paşaqızı