Ərdoğan müharibədən danışdı, İsraili günahlandırdı

“İsrailin təxribatı nəticəsində İrana hücum edilib və bu hadisə bölgədə gərginliyi daha da artırıb”.

turaninsesi.az ”ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda baş verən son hadisələrlə bağlı danışarkən deyib.

O bildirib ki, Ankaranın sülhə yönəlmiş diplomatiyası davam edir: “Bölgəmizdə torpaqlar qan və göz yaşları ilə islanır. Ölkəmiz üçün bütün tədbirləri görmüşük. Problemlərin masa arxasında həlli üçün çalışırıq”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə regional sabitliyin qorunmasını prioritet hesab edir və münaqişələrin hərbi deyil, siyasi-diplomatik yollarla həllinin tərəfdarıdır.

Arzu Paşaqızı