Azərbaycan üzərindən əlavə 150-dən çox tranzit uçuş olub
Son bir neçə gün ərzində Azərbaycan ərazisindən əlavə 150-dən çox tranzit uçuş həyata keçirilib.
“turaninsesi.az ” xəbər verir ki, bu gün Azərbaycanın hava məkanından mütəmadi olaraq 200-dən artıq beynəlxalq aviadaşıyıcı müxtəlif istiqamətlər üzrə istifadə edir. 30-a yaxın aviadaşıyıcı uçuş marşrutlarını yenidən konfiqurasiya edərək Azərbaycan hava məkanına üstünlük verib.
Onların sırasında “Aerologic”, “Air Arabia”, “Air Atlanta Europe”, “Air Cairo”, “Air France”, “ASL Airlines Belgium”, “Austrian Airlines”, “British Airways”, “DHL Air”, “Edelweiss Air”, “European Cargo”, “FlyDubai”, “GullivAir”, “ITA Airways”, KLM, “Polish Airlines”, “Lufthansa”, “Malaysia Airlines”, “My Freighter”, “Pegasus Airlines”, “Qantas”, “Singapore Airlines”, “SriLankan Airlines”, “Swiss International Air Lines”, “TUI Airways”, “Turkish Airlines”, “Utair”, “Uzbekistan Airways”, “Vietnam Airlines” və “Virgin Atlantic” yer alır.
Arzu Paşaqızı