İran rəsmisi: “Uzunmüddətli müharibəyə hazırıq”
“İran uzunmüddətli müharibəyə hazırdır”.
“turaninsesi.az ”xəbər verir ki, bu fikiləri İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X hesabında yayıb. O vurğulayıb ki, ölkə İran özünü və 6 minillik sivilizasiyasını №qətiyyətlə müdafiə edəcək”.
Laricani bildirib ki, İran son 300 ildə müharibənin başlanğıcını etməyib və silahlı qüvvələr yalnız müdafiə məqsədilə əməliyyatlar həyata keçirib.
“Xərclərə baxmayaraq, düşmənləri hesablamalarındakı səhvlərinə görə peşman edəcəyik. Trumpın xəyalpərəstliyi bütün bölgəni lazımsız bir müharibəyə sürüklədi və indi haqlı olaraq daha çox amerikanın itkisindən narahatdır. Netanyahunun qanunsuz genişlənmə ambisiyalarını irəli aparmaq üçün Amerika xəzinəsini və qanını fəda etməsi həqiqətən çox kədərlidir”,– deyə Əli Laricani əlavə edib.
Arzu Paşaqızı