Dubayda misli görünməmiş fəlakət yaşanır – FOTOLAR

İran, İsrail və ABŞ-ın hücumlarına cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinin ən çox əhalisi olan Dubay şəhərini hədəfə alıb.

turaninsesi.az ”ın xəbərinə görə, İsrail və ABŞ-ın fevralın 28-də İrana qarşı başlatdığı birgə hücum nəticəsində Tehran, Əlborz, İsfahan, Kirmanşah, Lorestan, Xuzistan, Qum, İlam və Sistan-Bəlucistan əyalətləri də daxil olmaqla çoxsaylı şəhərlərdə partlayışlar baş verib.

İran cavab olaraq Körfəz ölkələrindəki İsrail və ABŞ bazalarını ballistik raketlər və dronlarla hədəfə alıb.

İran Dubay Beynəlxalq Hava Limanına zərər vurub. Bundan başqa, şəhərdəki Cəbəl Əli Limanındakı körpü yandırılıb. Zərbələr həmçinin Dubay Marinası və Palm Jumeirah ətrafındakı yaşayış məntəqələrinə də təsir göstərib, Fairmont The Palm və Burj Al Arab otellərində yanğına səbəb olub.

İran Dubayın təhlükəsiz şəhər statusunu yerlə bir edib. CNN-nin xəbərinə görə,  şəhər demək olar ki, boşalıb.

Qeyd edək ki, BƏƏ əhalisinin təxminən 90 faizini əcnəbilər təşkil edir və sərvət və cazibədarlıq imicinə malik Dubay ölkənin ən böyük şəhəridir.

Arzu Paşaqızı