Müvəqqəti Şura ikinci iclasını keçirdi
İranda Müvəqqəti Şura ikinci iclasını keçirib.
“turaninsesi.az ” xəbər verir ki, iclasda ölkədəki mövcud ictimai-siyasi vəziyyət, təhlükəsizlik məsələləri və dövlət idarəçiliyinin fasiləsiz davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, Müvəqqəti Şuraya Prezident Məsud Pezeşkian, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhseni Ejei və Nəzarət Şurasının üzvü Əlireza Ərafi daxildir.
Şura fövqəladə vəziyyət şəraitində əsas dövlət institutları arasında koordinasiyanın təmin edilməsi, qərarların operativ qəbulu və sabitliyin qorunması məqsədilə fəaliyyət göstərir. İclasın gündəliyi rəsmi olaraq açıqlanmasa da, regional gərginlik və son hadisələrin müzakirə ediləcəyi istisna edilmir.
Arzu Paşaqızı