“İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək” – Əraqçi
ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına verdiyi açıqlamada bildirib.
“Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə, bu, mümkün deyil”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin ölümü ölkənin düşmənlərinə məqsədlərinə çatmağa kömək etməyəcək.
Əraqçi həmçinin bildirib ki, İranın yeni lideri (Ali rəhbəri – red.) bir-iki gün ərzində seçiləcək.
Arzu Paşaqızı