İranın daha bir generalı öldürülüb

ABŞ və İsrailin hücumları nəticəsində İranın daha bir generalı öldürülüb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin Kəşfiyyat Nazirliyinin generalı Sərdar Rzayi hava zərbələri nəticəsində həlak olub.  

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İranın Silahlı Qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib.

Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Hava zərbələri nəticəsində Ali Rəhbər Əli Xamenei ilə yanaşı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə də öldürülüb. 

Arzu Paşaqızı