“Xameneinin öldüyünə dəlalət edən məqamlar var” – Netanyahu
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə endirilən zərbə zamanı İslam Respublikasının ali lideri Əli Xameneinin iqamətgahını vurub.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə İsrail baş naziri televiziya ilə yayımlanan müraciətində deyib.
“Bu gün səhər güclü və qəfil zərbə nəticəsində tiran Xameneinin bina kompleksini dağıtdıq”, – o bildirib.
B.Netanyahu əlavə edib ki, zərbə nəticəsində Xameneinin həlak olması ehtimalı var. “İranda diktatorun artıq olmaya biləcəyinə dair bütün əlamətlər mövcuddur”, – deyə o bildirib.
Qeyd edək ki, bu məlumat İran tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Arzu Paşaqızı