Fövqəladə səhər: İsraildə hava məkanı tam bağlandı
İsrail mülki aviasiya üçün hava məkanını bağlayıb.
“turaninsesi.az “ın İsrail mediasına istinadən verdiyi məlumata görə, Nəqliyyat naziri Miri Regev Mülki Aviasiya İdarəsinə müvafiq göstəriş verib.
Qeyd edilir ki, bu gün səhər ölkədə fövqəladə vəziyyət tətbiq olunub.
Eyni zamanda, İsrailin Tehrana qarşı hərbi əməliyyat həyata keçirdiyi bildirilir.