İlham Əliyevin İrəvandakı sammitdə iştirak edəcək? – XİN rəhbəri danışdı
Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb.
“turaninsesi.az ” xəbər verir ki, nazir Avropa Siyasi Birliyinin tədbirlərində müxtəlif səviyyəli təmsilçiliyin nəzərdə tutulmadığını bildirib.
“Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib. Məndə olan məlumata əsasən, Prezident İlham Əliyevin may ayında Ermənistana səfəri nəzərdə tutulmayıb”, – XİN başçısı qeyd edib.
Arzu Paşaqızı