ABŞ İrana doğru yüzlərlə təyyarə və iki aviadaşıyıcı göndərdi

Böyük Britaniya mətbuatı ABŞ-ın İrana doğru yüzlərlə təyyarə və bir neçə aviadaşıyıcı qrupu köçürməyə başladığı məlumatını yayıb.

turaninsesi.az ” xəbər verir ki, “USS Gerald R.Ford” gəmisinin Cəbəllüttariq vasitəsilə Aralıq dənizi istiqamətində hərəkəti, həmçinin “USS Abraham Linkoln” gəmisinin Oman yaxınlığında olduğu qeydə alınıb. Ümumilikdə söhbət 12 ABŞ gəmisindən gedir.

Bundan əlavə, media F-35 və F-22 qırıcılarının, KC-135 və KC-46 yanacaqdolduran təyyarələrinin, habelə C-17A və С-5М nəqliyyat təyyarələrinin köçürülməsi barədə məlumat yayır. Ekspertlərin qiymətləndirməsinə görə, bu qruplaşma sutkada 800-ə qədər uçuşu təmin edə bilər.

Xatırladaq ki, Donald Tramp daha əvvəl ABŞ hərbçilərinin İrana məhdud zərbə endirmək üçün tam döyüş hazırlığı vəziyyətində olduğunu bəyan etmişdi.

Tramp Tehran hakimiyyətinə ABŞ ilə saziş imzalamaq barədə qərar qəbul etmək üçün 15 gün vaxt verib.

Arzu Paşaqızı