Urmiya gölü ilə bağlı ŞAD XƏBƏR: Suyun səviyyəsi qalxır
2026-cı ilin fevral ayında Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62-68 santimetr artıb ki, bu da hidroloji şəraitin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə regional hakimiyyət orqanlarından məlumat verilib.
Şərqi Azərbaycan əyalətindəki Kənd Təsərrüfatı və Təbii Sərvətlər üzrə Elmi-Tədqiqat və Təlim Mərkəzinin rəhbəri Əhməd Baybordinin sözlərinə görə, suyun səviyyəsinin artması ilə yanaşı, gölün səth sahəsi də xeyli genişlənərək 870-900 kvadratkilometrə (ötən il 481 kvadratkilometr olub) çatıb.
Əhməd Baybordi bu müsbət tendensiyanı yağıntı səviyyəsinin uzunmüddətli orta göstəricisini 70-115 faiz üstələməsi, eləcə də çaya saniyədə təxminən 22 kubmetrə qədər su axını ilə əlaqələndirib.
O vurğulayıb ki, son iqlim şərtləri vəziyyəti yaxşılaşdırsa da, suyun mövcud səviyyəsi uzunmüddətli orta göstəricidən təxminən dörd metr aşağıda qalır
Arzu Paşaqızı