“ABŞ İrana hücum edərsə, onların bazalarını vuracağıq” – Əli Laricani
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ İrana qarşı güc tətbiq edərsə, Tehran güclə cavab verəcək və Birləşmiş Ştatların bazalarını hədəf alacaq.
“turaninsesi.az ” bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
“Əgər amerikalılar bizə qarşı güc tətbiq etsələr, qarşılığında cavab alacaqlar. İslam Respublikası tam hazırdır, ancaq biz müharibə axtarmırıq və bizə qarşı müharibə tətbiq olunarsa, biz cavab verəcəyik.
Əgər amerikalılar İrana hücum etsələr, biz onların bazalarına zərbə endirəcəyik. Lakin keçmiş təcrübəyə əsaslanaraq, qarşı tərəfin yenidən müharibə axtardığına şübhə edirəm”, – deyə o bildirib.
Laricani Tehran və Vaşinqton arasında danışıqların davam etdiyini bildirib, lakin İsraili prosesi pozmağa çalışmaqda günahlandırıb.
Arzu Paşaqızı