Eldar Əzizov yola salınır

Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ölkənin hakim partiyası olan YAP-a faktiki rəhbərlik edən Tahir Budaqovun rayon icra hakimiyyətinin başçısı təyin olunması birmənalı qarşılanmayıb.

Araşdırma zamanı bu təyinatın pərdəarxası məqamı üzə çıxıb. Belə ki, məlumatlı mənbə bildirib ki, Tahir Budaqov bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacaq.

turaninsesi.az ” bildirir ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Əzizovun 69 yaşı var və o 2018-ci ildən bu posta çalışır. 

Arzu Paşaqızı