Tramp İranla bağlı sərt danışdı: “Razılığa gəlməsələr…”
“Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana qarşı sərt tədbirlər görəcək”.
“turaninsesi.az ” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a verdiyi müsahibədə bildirib.
“Ya razılaşma əldə edəcəyik, ya da ötən dəfə olduğu kimi sərt tədbirlər görməli olacağıq”, – D.Tramp 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələri xatırladıb.
Bundan əlavə, ABŞ prezidenti Vaşinqtonun İran istiqamətində ikinci aviadaşıyıcı qrup göndərməyi düşündüyünü vurğulayıb.
Arzu Paşaqızı