Amerika ştatlarında rəsmi şəxslərə “TikTok”dan istifadə qadağan edilir
ABŞ-ın Alabama ştatının qubernatoru Kay İvey Çinin təhlükəsizlik təhdidinə görə rəsmilərə TikTok sosial şəbəkəsindən istifadəni qadağan edib.
“Turanın səsi” xəbər verir ki, Alabama qubernatorunun imzaladığı memorandumda “TikTok”un Çin şirkətinə məxsus olduğu və onun məlumatlarının Çin Kommunist Partiyasına ötürülə biləcəyi göstərilib.
“Alabama sakinlərinin məxfilik hüquqlarını qorumaq şərtdir və mən Çindən gələn təhlükəsizlik təhdidini əlbəttə ki, yüngül qəbul etmirəm, buna görə də “TikTok” tətbiqini hökumət cihazlarında n qadağan etmişəm”,-deyə, o bildirib.
Qeyd edək ki, noyabrın sonunda Cənubi Dakota ştatının qubernatoru Kristi Noem də milli təhlükəsizlik səbəbindən dövlət işçilərinə “TikTok”dan istifadəni qadağan edən sərəncam imzalayıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09