Şahin Bağırov üç nəfərə yüksək vəzifə verdi – ADLAR
Dövlət Gömrük Komitəsinin (DGK) üç idarəsinə yeni rəhbər təyinatı olub.
“turaninsesi.az ” xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmrlər imzalayıb.
Əmrlərə əsasən, gömrük xidməti polkovnik-leytenantı Namazov Rövşən Siyafiq oğlu DGK-nin Gömrük Siyasəti Baş İdarəsinin rəisi təyin olunub.
Eyni zamanda gömrük xidməti mayoru Qasımzadə Elçin Zülfəli oğlu Audit İdarəsinin rəisi təyin edilib.
Bundan əlavə, gömrük xidməti mayoru Həsənli Şamil Rizvan oğlu Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.
Arzu Paşaqızı