İran Prezidentindən qonşu ölkə xəbərdarlığı

İran Prezidenti ölkə mediasına müraciət edərək qonşu ölkələrinin lider və rəsmilərinə qarşı təhqiredici ifadələr işlətməməyi tövsiyə edib.

turaninsesi.az ” IRNA-ya isitinadla xəbər verir ki, Məsud Pezeşkian hökumət iclasında çıxışında qonşu dövlətlərə qarşı təhqir xarakterli ifadələrə yol verilməməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə həmsərhəd ölkələr Tehranla mütəmadi təmas saxlayır və regionda müharibənin qarşısının alınması, problemlərin dialoq yolu ilə həlli istiqamətində səylər göstərirlər.

Prezident Pezeşkian, həmçinin İran rəsmilərinə də çağırış edərək çıxışları zamanı qonşu ölkələrlə münasibətlərə xələl gətirə biləcək açıqlamalardan çəkinmələrini və ifadələrinə diqqət yetirmələrini istəyib.

Arzu Paşaqızı