İran ətrafında gərginlik artdığı dövrdə İstanbulda vacib görüş

ABŞ-İran xəttində gərginliyin artdığı bir dönəmdə İstanbulda önəmli diplomatik görüş keçirilib.

turaninsesi.az ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 30-da iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında H.Fidan bildirib ki, Türkiyə İrana hərbi müdaxiləyə qarşıdır və İslam Respublikasının daxili məsələlərinin xarici təsir olmadan sülh yolu ilə həll olunmasını dəstəkləyir.

Nazir həmçinin bölgədəki problemlərə həll yolu tapmağın vacib olduğunu vurğulayıb və İranda etirazlar zamanı ölənlərə görə başsağlığı verib.

Abbas Əraqçi isə qeyd edib ki, Türkiyə ilə hər zaman yaxın məsləhətləşmələr aparılır. Onun sözlərinə görə, İran və Türkiyə bir çox məsələlərdə eyni mövqedədir.

XİN başçısı vurğulayıb ki, İran və Türkiyə həm qonşu, həm də dost ölkələrdir:

“İki ölkənin əlaqələrini tarix boyu yaxın olub. Xüsusilə, İranda baş verən son hadisələrdə Türkiyə hər zaman yanımızda oldu. İran hökuməti olaraq Türkiyəyə təşəkkür edirik”.

Arzu Paşaqızı