Komitə sədrinin müavini general oldu
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib.
“turaninsesi.az ” xəbər verir ki, “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi alan 3 şəxsən biri Fuad Məmmədovdur.
O, 1992-ci ildə Bakı şəhərində anadan olub. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr təhsili alıb.
2012-2013- cü illərdə hərbi xidmətdə olub. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.
2013-2015-ci illərdə Bakı Dövlət Universitetində Gömrük işi ixtisası üzrə magistr, 2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alıb.
2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib.
2016-2018-ci illərdə – Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib.
2017-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Sabah” qrupları və “Beynəlxalq İqtisad Məktəbi”ndə tədris edib.
2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib.
2022-2023 – cü illərdə həmin şöbənin rəisi olunub.
2023-2024- cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.
2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib.
2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Arzu Paşaqızı