Suriya Prezidenti ilə danışıqlarda QRU rəhbəri də iştirak edəcək

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (QRU) rəisi İqor Kostyukov Rusiya və Suriya prezidentləri Vladimir Putin və Əhməd əl-Şaraa arasında keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibindədir.

turaninsesi.az ” interfax-a istinadla xəbər verir ki, danışıqlarda Rusiya tərəfindən müdafiə naziri Andrey Belousov, onun müavini Yunus-Bek Yevkurov, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayeva, eləcə də baş nazirin müavini Aleksandr Novak, maliyyə və tikinti nazirləri Anton Siluanov və İrek Fayzullin, eləcə də prezidentin köməkçisi Maksim Oreşkin iştirak edəcək.

Danışıqlarda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.

Kostyukov Əbu-Dabidə keçirilən Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edib.

Arzu Paşaqızı