Şmiqal : Ukraynanın yenidən qurulması üçün 750 milyard dollar lazım olduğunu bildirir
Bu ilin sonuna qədər müharibə nəticəsində Ukrayna iqtisadiyyatına dəymiş ziyan iki dəfə artaraq 700 milyard ABŞ dollarına çatacaq.
“Turanın səsi ” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Parisdə keçirilən iqtisadi forumda bildirib.
“Dünya Bankının təsdiq etdiyi hesablamalarımıza görə, iyunun 1-nə Ukrayna iqtisadiyyatına dəymiş zərərin məbləği 350 milyard dollar təşkil edir. İlin sonuna qədər bu məbləğ, aydındır ki, iki dəfə artacaq. Biz bunu başa düşürük, çünki dağıntılar davam edir”, – o deyib.
Eyni zamanda, baş nazir müharibənin ölkə iqtisadiyyatının bütün sahələrinə çətinlik yaratdığını vurğulayıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09