Moskvada Putin-Uitkoff görüşü başladı
Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşnerlə görüşü başlayıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlarda müzakirə olunan əsas mövzu Ukrayna nizamlanmasıdır.
Həmçinin, amerikalı nümayəndələrlə Rusiyanın Sülh Şurasına dəvət edilməsini, habelə hələ əvvəlki ABŞ administrasiyası dövründə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin mümkün taleyini müzakirə etmək planlaşdırılır.
Arzu Paşaqızı