Rəsmi İrəvan Sülh Şurasının nizamnaməsini imzalayacağını təsdiqlədi
Ermənistan hökuməti Sülh Şurasının nizamnaməsini imzalayacağını təsdiqləyib.
“turaninsesi.az ” armenpress-ə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan müvafiq qərar hökumətin rəsmi saytında dərc edilib.
Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyana nizamnamənin imzalanmasını təşkil etmə tapşırılıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Qəzzadakı vəziyyət kontekstində Sülh Şurasının yaradıldığını elan edib və Ermənistan, Azərbaycan, Rusiya və Belarus da daxil olmaqla bir sıra dövlətlərin liderlərini Sülh Şurasına dəvət edib.
Arzu Paşaqızı