Əli Əsədov Miqrasiya Xidməti ilə bağlı qərar imzaladı

Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarında dəyişiklik edilib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, miqrasiya işçilərinin ali, böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilərinin qış geyim formasına tünd-boz rəngli qış papağı, qara rəngli əlcək əlavə edilib.

Həmçinin böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilərin geyim formalarına isə tünd-boz rəngli gödəkcə əlavə olunub.

Arzu Paşaqızı